Bakı. Trend:
Mən israilli nazirə Azərbaycan-Ermənistan münasibətləri barədə məlumat verdim.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrail Dövlətinin xarici işlər naziri Gideon Moşe Saarla birgə keçirdiyi mətbuat konfrasında deyib.
"Həmçinin tarixi Vaşinqton görüşündən sonra əldə edilən nəticələr barədə fikirlərimi bölüşdüm.
Eyni zamanda azad edilən ərazilərdə görülən quruculuq işləri, keçmiş məcburi köçkünlərin qayıdışı, orada yeni həyatın yaranması və mina problemləri barədə fikirlərimi çatdırdım", - deyə xarici işlər naziri bildirib.
