...

Azərbaycan və BƏƏ arasında energetika və müdafiə sahələri üzrə sənədlər imzalanıb

Siyasət Materials 2 Fevral 2026 20:22 (UTC +04:00)
Azərbaycan və BƏƏ arasında energetika və müdafiə sahələri üzrə sənədlər imzalanıb
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Əbu-Dabi. Trend:

“Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Trend xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti