...

Sülh sazişi istiqamətində Azərbaycan və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi dönüş nöqtəsidir - Tokayev

Siyasət Materials 4 Fevral 2026 21:02 (UTC +04:00)
Sülh sazişi istiqamətində Azərbaycan və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi dönüş nöqtəsidir - Tokayev
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Əbu-Dabi. Trend:

Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində nümayiş olunan videomüraciətində deyib.

Tokayev bildirib ki, bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.

Qazaxıstan Prezidenti əlavə edib ki, qarşıdurma və ciddi parçalanma xətləri ilə səciyyələndirilən bir dövrdə bu təcrübə göstərir ki, barışıq zəiflik deyil, güc deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti