Bakı. Trend:
Azərbaycan və ABŞ şirkətləri arasında süni intellekt sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"ABŞ Ticarət Palatasının vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüşdə "Apple", "Mastercard", "Visa", "Ericsson", "Motorola Solutions", "Honeywell", "Parallel Wireless", "Meta", "Resecurity", "Global Data Risk", "WhiteFox Defense Technologies", "bp", "Lummus Technology" və digər aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələri iştirak etdi.
Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik", - paylaşımda qeyd edilib.
