...

Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizinin də çox böyük potensial var

Siyasət Materials 14 Fevral 2026 18:16 (UTC +04:00)
Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizinin də çox böyük potensial var
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Münxen. Trend:

Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik layihəsi üzərində işləyirik. Bununla bağlı işlər aparılacaq, həmçinin yeni imkanlara nəzər salırıq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.

“Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizinin də çox böyük potensial var”, - deyə dövlətimizin başçısı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti