...

Prezident İlham Əliyev: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

Siyasət Materials 14 Fevral 2026 18:25 (UTC +04:00)
Prezident İlham Əliyev: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Münxen. Trend:

Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq. “Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan qaldırmışıq. Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradırlar”, - deyə Prezident əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti