...

Serbiya hərbi orkestri Prezident İlham Əliyevin səfəri zamanı “Ay Laçın”ı ifa etdi (VİDEO)

Siyasət Materials 15 Fevral 2026 23:10 (UTC +04:00)
Serbiya hərbi orkestri Prezident İlham Əliyevin səfəri zamanı “Ay Laçın”ı ifa etdi (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya hərbi orkestri Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Aleksandr Vuçiçin təşkil etdiyi şam yeməyində Azərbaycan mahnısı olan “Ay Laçın”ı ifa edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.

Diplomat bunun Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jesti olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti