...

AZƏRBAYCANIN RUSİYA İLƏ DÖVLƏT SƏRHƏDLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİNDƏ PROBLEMİ YOXDUR

Siyasət Materials 18 İyul 2005 18:26 (UTC +04:00)

Azərbaycanın Rusiya ilə dövlət sərhədinin müəyyən edilməsi məsələsində problemi yoxdur.Bu barədə Trend agentliyinə torpaq və kartoqrafiya dövlət komitəsinin mətbuat xidmətinin başçısı Hikmət Məmmədov bildirib.Hazırda Rusiya ilə mübahisəli məsələlər 92%-dək razılaşdırılıb.

Hazırda ekspertlərin qalan ərazilər üzrə məsələlərin razılaşdırılmasına dair danışıqları davam etdirilir.

Əsasən, müzakirələr Balakən rayonunda yerləşən Stik zirvəsi çərçivəsində aparılır.Zirvə 8 km-i əhatə edir.Azərbaycan ekspertlərinin bəyanatlarına əsasən, xəritədə 1:100 min mm miqyası ilə bura Azərbaycana məxsusdur.

Dövlət komitəsinin nümayəndəsi həm də qeyd edib ki, Azərbaycanın İran ilə bu istiqamətdə problemi yoxdur.İran-Azərbaycan sərhədində təkrar demarkasiya işləri aparılır.Araz çayının daşması nəticəsində dağılmış sərhəd işarələri bərpa edilir.

Xəbər lenti

Xəbər lenti