...

RUSLAN BƏŞİRLİNİN VƏKİLLƏRİ GÜRCÜSTAN VƏTƏNDAŞLARININ İSTİNTAQDA DİNDİRİLMƏLƏRİ İLƏ BAĞLI VƏSATƏT VERİB

Siyasət Materials 25 Avqust 2005 18:09 (UTC +04:00)

"Yeni Fikir" Gənclər Təşkilatının hazırda həbsdə olan sədri Ruslan Bəşirlinin vəkili Elçin Qənbərov Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində aparılan ibtidai istintaqın gedişatından narazıdır. Bu barədə Trend ə Elçin Qənbərov söyləyib.

Vəkilin sözlərinə görə, ibtidai istintaqı həyata keçirən müstəntiq son günlər demək olar ki, heç bir istintaq hərəkəti aparmır. E.Qənbərov: "İstintaq yerində sayır.Sonuncu dəfə bir neçə gün əvvəl "Yeni fikir" Gənclər Təşkilatının bir neçə üzvü ümumi suallar əsasında dindilirib. Müstəntiq istintaqı qəsdən uzatmasını açıq-aşkar hiss etdirir. Ancaq məqsədi nədir, bunu biz bilmirik.

Biz vəkillər üçün Ruslan Bəşirlinin iş yoldaşlarındansa, Gürcüstanda onunla eyni süfrə arxasında əyləşib ünsiyyət qurmuş həmin iki gürcünün dindirilməsi daha vacibdir".

E.Qənbərov söylədi ki, artıq həmin Gürcüstan vətəndaşları Merabi Cibutia və Georgi Burcanadzenin istintaqa şahid qismində cəlb edilərək dindirilmələri ilə bağlı vəsatət veriblər. Müstəntiq vəkillərə vəsatətlə bağlı hələlik konkret heç bir fikir bildirməyib.

Vəkilin sözlərinə görə, Ruslan Bəşirliyə heç bir fiziki təzyiq göstərilməsə də onun səhhətində ciddi problemlər yaranıb. "Dustaq böyrək ağrılarından əziyyət çəkir.

Bununla bağlı onun saxlandığı 1 saylı İstintaq Təcridxanasının rəhbərliyinə məlumat vermişik. Yəqin ki, onun təcridxananın tibb məntəqəsinə keçirilməsi ilə bağlı tədbir görüləcək" - deyə Elçin Qənbərov bildirib.

Xəbər lenti

Xəbər lenti