...

ƏLİ HƏSƏNOV: "AZƏRBAYCANIN SİYASİ PARTİYALARI HAQQINDA" QANUNA DƏYİŞİKLİKLƏR EDİLƏCƏK

Siyasət Materials 31 Avqust 2005 12:02 (UTC +04:00)

"Azərbaycanın siyasi partiyaları haqqında" qanuna yenidən baxılacaq, belə ki, bu qanunda "siyasi təşkilatların fəaliyyətlərinin şəffaflığının" təmin olunması məsələsində bir sıra çatışmazlıqlar mövcuddur. Trend in məlumatına görə, bu barədə prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycanın siyasi partiyalarının fəaliyyəti şəffaflıq prinsipi üzərində qurulmalıdır. Azərbaycan yeni inkişaf mərhələsindədir və "açıq" siyasi işlərin görülməsi zərurəti yaranır", - deyə qeyd edib. Onun sözlərinə görə, dövlət instansiyaları "şəffaf" işlərin təmin olunması üzrə artıq bir sıra tədbirlər görüb.

"1992-ci ildə qəbul olunmuş normativ sənədin bir neçə bəndi ölkə konstitusiyasına ziddir", - deyə Ə.Həsənov vurğulayıb. O, həmçinin əlavə edib ki, o zaman ölkənin indiki konstitusiya hələ qəbul olunmamışdı.

"Ölkə prezidentinin siyasi partiyanın sədri tərəfindən seçilməsinə konstitusiya ilə yol verilsə də, bu, "Azərbaycanın siyasi partiyaları haqqında" qanunla qadağandır. Respublikanın bütün qanunvericilik aktları konstitusiyanın müddəalarına uyğunlaşdırılmalıdır", - deyə o əlavə edib.

Ə.Həsənovun sözlərinə görə, qanunda demokratikləşmə prosesləri nəzərə alınmadığından, cəmiyyət ondakı dəyişikliklərin vacibliyini qəbul edir. "Hesab edirəm ki, Azərbaycan parlamenti tərəfindən bu məsələyə baxılacaq", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti