Avropa Şurası (AŞ) Azərbaycanda parlament seçkilərinin şəffaf və ədalətli keçiriləcəyinə ürəkdən inanır. Trend in məlumatına görə, belə bir bəyanatla Azərbaycanda Avropa Şurasının baş katibinin xüsusi nümayəndəsi Mats Lindberq sentyabrında 1-də mətbuat konfransında bəyan edib.
"Biz Azərbaycan prezidentinin 11 may tarixli "Seçki təcrübəsinin təkmilləşdirilməsi barədə"fərmanın bütün bəndlərinin yerinə yetiriləcəyini gözləyirik", - deyə M. Lindberq qeyd edib.
O, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən deputatlığa namizədlərin qeydə alınmasının gedişini müsbət qiymətləndirib və Azərbaycanın qanunvericiliyində nəzərdə tutulmuş müddətə qədər bütün namizədlərin müvafiq icazə alacağına ümid etdiyini bildirib.
AŞ baş katibinin Bakıdakı xüsusi nümayəndəsi seçicilərin vəsiqələrinin bir nəfərin iki dəfə səs verməsi imkanını qarşısını almaq imkanına malik olacağı şəkildə hazırlanacağına ümid etdiiyni bildirib.
Eyni zamanda, M. Lindberq etiraf edib ki, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsinin gedişi qaneedici deyil. "Lakin hələ vaxt var və bu barədə qabaqcadan danışmaq tezdir", -deyə o qeyd edib.
Azərbaycanda seçkiqabağı "Avropa Şurasının seçki proqramı"nın reallaşdırılmasına toxunan M. Lindberq bildirib ki, Avropa Şurasının nümayəndəliyi artıq bir sıra tədbirləri, eləcə də yüksək rütbəli şəxslərin Bakıya səfərləri həyata keçirilib.
"İyunun 30-dan iyulun 1 -ə kimi AQO monitorinq qrupunun üzvləri, avqustun 20-22-də AŞPA-nın sədri Rene Van der Linden Bakıda olub, sentyabrın 4-də isə Avropa Şurasının baş katibi Terri Devis buraya gələcək", - deyə diplomat bəyan edib.
O xatırladıb ki, sentyabrın 5-də Bakıda "Seçkilər və demokratiyanın inkişafı" adlı iri konfrans keçiriləcək və burada T.Devislə yanaşı, Maltanın eks-prezidenti Uqo Mifsud Bonniki də iştirak edəcək.
Bununla yanaşı, AŞ-nın baş katibinin xüsusi nümayəndəsi Azərbaycanın iqtidaryönlü və müxalifət KİV-nin qarşılıqlı ittihamlarla çıxış etməsindən narahat olduğunu ifadə edərək "qara pyara" son qoyulmasının vacibliyini vurğulayıb.