"Almaniya, İtaliya xristian-demokratları ilə əməkdaşlıq etmək fikrimiz var". Bu barədə Trend agentliyinə Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı bildirib.
Partiya sədri onu da vurğulayıb ki, onlar təkcə xristan demokrtalarla yox, müsəlman dövlətlərində fəaliyyət göstərən islam demokratlar birlikləri ilə də əlaqə qurmağa hazırdırlar.
Bununla bağlı bir sıra İslam dövlətlərinə müracət etdiklərini qeyd edən T.Abbaslı hələ cavab almadıqlarını bildirib. Xristian ölkələrinə isə müraciət olunacağını vurğulayan partiya sədri məqsədini belə açıqlayıb: "İslam dinində olan demokratik dəyərləri onlara anlatmaqdır".