...

BIR SIRA VƏKİLLƏR RƏSUL QULİYEVİN TOXUNULMAZLIĞININ LƏĞV OLUNMASINI QANUNSUZ HESAB EDİR

Siyasət Materials 5 Sentyabr 2005 14:24 (UTC +04:00)

Müxalifətdə təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, eks spiker Rəsul Quliyevin namizəd toxunulmazlığının ləğv edilməsinə dair sentyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib. Trend in məlumatına görə, mətbuat konfransında R.Quliyevin səlahiyyətli nümayəndəsi Muxtar Mustafayev, cinayət işi üzrə vəkilləri Osman Kazımov və Seyfəddin Əliyev ADP sədrinin namizəd toxunulmazlığının götürülməsinin qanunsuz olduğunu bildiriblər.

Muxtar Mustafayev qeyd edib ki, Seçki Məcəlləsinin 70.4-cü maddəsinin tələblərinə görə, namizəd qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz. Qeydə alınmış namizəd yalnız cinayət başında yaxalanarsa, tutula bilər. M.Mustafayev bildirib ki, Seçki Məcəlləsinə görə, namizəd qeydə alındıqdan sonra ona qarşı əvvəllər barəsində qaldırılmış cinayət işinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Namizədliyi qeydə alındığı gündən sonra törətdiyi cinayətə görə isə yalnız Baş Prokurorunun təqdimatına əsasən məhkəmə qərarı ilə məsuliyyətə cəlb edilə bilər.

M.Mustafayev əlavə edib ki, prezidentin seçki təcrübəsinin təkmilləşdirilməsinə dair 11 may tarixli sərəncamı da vəzifəli şəxslərin seçki prosesinə qanunsuz müdaxiləsini qadağan edir. Onun sözlərinə görə, baş prokurorun R.Quliyevin barəsindəki qərarı ilə prezidentin sərəncamının bu müddəası pozulub, lakin heç bir cəza tədbiri görülmür. Bununla əlaqədar ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu prezident İlham Əliyevə müraciət edib.

R.Quliyevin müdafiəçiləri bildiriblər ki, onun namizəd toxunulmazlığının ləğv edilməsi həm Azərbaycan Konstitusiyasının, Seçki Məcəlləsinin, həm beynəlxalq konvensiyaların, eyni zamanda seçkidə bütün namizədlər üçün bərabərlik prinsiplərinin pozulması deməkdir. "Rəsul Quliyevin

Seçki Məcəlləsinin 70.4-cü maddəsi ilə nəzərdə tutulmuş toxunulmazlıq hüququnun baş prokuror tərəfindən götürülə bilməz. Namizədliyinin qeydə alındığ vaxtdan seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək əvvəllər ona qarşı qaldırılmış cinayət işləri ilə bağlı məsuliyyətə cəlb edilə bilməz"-deyə Osman Kazımov bildirib. O, əlavə edib ki, Cinayət Prosessual Məcəllənin 84.5.11-ci maddəsinə əsasən, ibtidai araşdırmaya rəhbərlik edən prokuror təqsirləndirilən şəxsin barəsində həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir: "Prokurorluğun vətəndaşlar barəsində həbs qətiimkan tədbiri barədə qərar vermək səlahiyyəti olmadığı halda, Azərbaycan Respublikasının baş prokuroru səlahiyyət hədlərini aşaraq məhkəmə qərarı olmadan Rəsul Quliyevin toxunulmazlıq hüququnun götürülməsi, faktiki olaraq həbs edilməsi barədə qərar verib"-deyə vəkil diqqətə çatdırıb.

Bu şikayətlərlə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) ADP-nin müraciətinə cavab məktubu göndərib. MSK-dan bildirilib ki, qeydə alınmış deputatlığa namizədlərin toxunulmazlıq hüququ Seəki Məcəlləsinin 70.4-cü və 151-ci maddələri ilə tənzimlənir. Baş prokuror barəsində cinayət işinin qaldırılması tələbinə gəldikdə isə, bu məsələnin MSK-nın səlahiyyətlərinə aid olmadığı bildirilib, aidiyyati üzrə müvafiq orqanlara müraciət olunması tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti