...

"YENİ SİYASƏT" "AZADLIQ" BLOKUNUN TƏKLİFİNƏ MÜSBƏT CAVAB VERƏCƏK

Siyasət Materials 8 Sentyabr 2005 16:18 (UTC +04:00)

"Yeni Siyasət" bloku "Azadlıq" bloku ilə əməkdaşlıq sazişi bağlamasına dair sentyabrın 9-da keçiriləcək Koordinasiya Şurasının iclasında qərar çıxaracaq. Bu barədə Trend ə "Yeni Siyasət" blokundan məlumat verilib. Qeyd edək ki, "Yeni Siyasət" bloku bir müddət əvvəl "Azadlıq" blokuna əməkdaşlıqla bağlı müraciət etmişdi. Bu günlərdə "Azadlıq" bokunun liderləri "Yeni Siyasət" blokuna əməkdaşlıq sazişi bağlanması təklifi ilə rəsmi müraciət edib.

Bu məsələ "Yeni Siyasət" blokunun Koordinasiya Şurasının iclasında müzakirəyə çıxarılacaq. Blokdan verilən məlumata görə, "Azadlıq"ın müraciətinə müsbət cavab veriləcək. Bundan sonra tərəflər arasında görüş keçiriləcək. Qarşılıqlı müzakirələrdən sonra bloklar arası saziş bağlanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti