...

AZƏRBAYCAN PREZİDENTİ BAKI-TBİLİSİ-CEYHAN NEFT BORU KƏMƏRİNİN GÜRCÜSTANA AİD SAHƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMƏYİ PLANLAŞDIRIR

Siyasət Materials 29 Sentyabr 2005 20:04 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin Gürcüstana aid sahəsinin açılış mərasimində iştirakı gözlənilir. Trend bildirir ki, sentyabrın 29-da Azərbaycan prezidenti İcra aparatının (PİA) xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu barədə jurnalistlərə bəyan edib.

Tədbirin oktyabrın 12-də Gürcüstanda keçirilməsi planlaşdırılır.İlham Əliyevin Gürcüstana səfəri və tədbirdə iştirakı Gürcüstan prezidenti Mixail Saakaşvilinin dəvəti ilə həyata keçiriləcək.

Mərasimdə həmçinin Türkiyə prezidenti Əhməd Necdət Sezərin də iştirakı gözlənilir.

N.Məmmədov Azərbaycan prezidentinin Türkiyəyə səfəri barədə məlumat olmadığını bildirib.

Bununla belə o, Latviya prezidentinin Bakıya qarşıdakı səfərini şərh edərkən bildirib ki, xüsusilə iqtisadi sahəni əhatə edən bir neçə sənədin imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti