...

AZƏRBAYCAN PREZİDENTİ LİTVANIN ƏDLİYYƏ NAZİRİNİ QƏBUL EDİB

Siyasət Materials 29 Sentyabr 2005 20:53 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Prezident sarayında Litvanın Azərbaycanda səfərdə olan ədliyyə naziri Gintautas Bujinskası qəbul edib.

Trend bildirir ki, dövlət başçısı Azərbaycan ilə Litva arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Həmçinin İlham Əliyev müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə Litva prezidenti Ialdas Adamkus ilə görüşlərini məmnunluqla xatırlayıb.

Öz növbəsində, Litvanın ədliyyə naziri əmin olduğunu bildirib ki, onun səfəri ölkələrimizin ədliyyə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti