...

OKTYABRIN 2-3-DƏ POLŞANIN HÖKUMƏT NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA SƏFƏR EDƏCƏK

Siyasət Materials 30 Sentyabr 2005 19:48 (UTC +04:00)

Oktyabrın 2-dən 3-dək Polşa iqtisadiyyat və əmək nazirinin müavini Petr Ruktovskinin (Piotr Rutkowski) başçılıq etdiyi hökumət nümayəndə heyəti Bakıda olacaq.Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyində bildirilib.

Nümayəndə heyətinin tərkibinə həmin idarənin digər yüksək vəzifəli nümayəndələrindən başqa, həm də Françişek Krok (Franciszek Krok), milli neft-qaz şirkəti ("Polşa neft və qaz sənayesi") prezidentinin müavini, həmçinin Voyçex Tabis (WOJCIECH TABIS), "Dostluq" neft boru kəmərlərinin istismarı Şirkətinin prezidenti daxildir.

Səfərin məqsədi Polşa və Azərbaycan arasında ikitərəfli iqtisadi əməkdaşlığın müzakirəsi, eləcə də energetika sahəsində birgə layihələrin gerçəkləşdirilməsi imkanlarına baxılması və s. məsələlərdir. P.Rutkovski Ar baş naziri, Abid Şərifov, ARDNŞ prezidenti Natiq Əliyev, yanacaq və energetika naziri Məcid Kərimov, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov və "AZAL" Milli avia şirəktinin prezidenti Sabir İlyasov ilə danışıqlar aparacaq.Nümayəndə heyəti həm də neft və qaz hasilatı sahəsində görkəmli alim, professor Rafiq Mahmudovla görüşəcək.

Vaxt çatışmamazlığına görə nümayəndə heyətinin mətbuatla görüşü nəzərdə tutulmayıb.

Xəbər lenti

Xəbər lenti