...

AVROPA ŞURASI MEHRİBAN QONŞULUQ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLIĞA ÇAĞIRIR

Siyasət Materials 6 Oktyabr 2005 16:12 (UTC +04:00)

Avropa Birliyi qitənin bütün dövlətlərinin tezliklə Avropa ailəsinə inteqrasiyası məqsədilə Avropa Şurası ilə sıx əməkdaşlıq etməlidir. Trend in Strasburqdakı müxbirinin xəbər verdiyi kimi, belə bəyanatla AŞ PA-nın siyasi komissiyasının üzvü Van der Branden Strasburqda təşkilatın sessiyasında çıxış edib.

"Biz Qafqaz, Rusiya, Ukrayna, həmçinin, Fələstin və İrandan danışırıq. Onlar AB-nin qonşularıdır. AB 6 ölkənin iqtisadi tərəfdaşlığından yaradılıb, lakin hazırda o, 25 dövlətdən ibarət siyasi birlikdir.

"Bu tərəfdaşlığı necə inkişaf etdirmək olar? Parlament Assambleyası AB-yə daxil olmayan ölkələrin monitorinqi üçün gözəl fıorumdur. Bizim üçün demokratiyanın inkişafını təmin etmək daha vacibdir. Biz bərabər tərəfdaşlığa can atır və AB-nin konkret təşkilatlarını Avropa Şurası ilə əməkdaşlığa çağrırıq. AŞ-nin mehriban qonşuluq proqramını həyata keçirmək üçün hər hansı bir yeni orqan yaratmağa ehtiyacı yoxdur. AŞ çox gözəl təcrübəyə malik təşkilatdır və ondan istifadə etmək lazımdır", - deyə hollandiyalı parlamentari bəyan edib.

Xəbər lenti

Xəbər lenti