...

MƏZAHİR PƏNAHOV: "NAMİZƏDLƏRİN ÖZLƏRİ ARASINDA İQTİDAR-MÜXALİFƏT SÖHBƏTİ YOXDUR"

Siyasət Materials 11 Oktyabr 2005 20:27 (UTC +04:00)

"Hərbi hissələrdə namizədlərin görüşlər keçirməsi ilə bağlı heç bir problem yoxdur. Hərbi hissənin rəhbəri özü bu barədə mənə məlum verib və bildirib ki, namizdlər bizə müraciət etsinlər və onların görüşləri təşkil olunacaq". Trend in məlumatına görə, bu fikirləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. O, hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində namizədlərlə görüşlərə imkan yaradılmaması barədə şikayətlərə münasibət bildirərkən belə faktları təkzib edib.

Qeyd edək ki, MSK katibi Vidadi Mahmudov komissiyanın iclasında hərbi hissələrdə seçki mənətəqələrinin yaradılmadığını, namizədlərin orada görüşlər keçirməsinə şərait yaradılmadığını deyib. Məzahir Pənahovun sözlərinə görə, MSK-nın bununla bağlı qəbul etdiyi Təlimata əsasən həmin müəssisələrdə seçki məntəqələri yaradılmalıdır. Seçki qanununa görə seçkiyə 5 gün qalmış hərbi və cəzaçəkmə müəssisələri təşkil olunacaq. MSK sədri qeyd edib ki, namizədlərin orada təşviqat aparması, görüşlər keçirməsi isə müvafiq dairə seçki komissiyasına təqdim olunan razılaşma əsasında baş tutmalıdır.

M.Pənahov bir sıra icra başçılarının seçkiyə müdaxiləsi, ayrı-ayrı namizədlərin təbliğatı ilə məşğul olması ilə bağlı faktlara münasibət bildirərkən deyib ki, belə faktlara bəzi yerlərdə rast gəlinir. Lakin daha çox gözə çarpan oldur ki, namizədlər arasında gərgin rəqabət gedir və onlar özləri bir-birini tənqid edirlər: "Bu seçkidə gərgin mübarizə gedir və namizədlərin özləri arasında iqtidar-müxalifət söhbəti yoxdur. Eyni quruma, partiyaya mənsub adamlar bir-birinin əleyhinə çıxırlar"-deyə M.Pənahov bildirib.

Xəbər lenti

Xəbər lenti