...

GƏNCƏBASARDA NARKOMANLARIN SAYI ARTIR

Siyasət Materials 12 Oktyabr 2005 11:13 (UTC +04:00)

"Gəncəbasarda narkomanların sayı artır". Gəncə şəhər narkoloji dispanserin baş həkimi Sahil İsmayılovun Trend nümayəndəsinə bildirdiyi kimi, dispanserdə 400-dən artıq rəsmi qeydiyyatda olan narkoman var.

Baş Narkotiklərlə Mübarizə idarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəis müavini Rəfael Hüseynovun verdiyi məlumatda isə bildirilir ki, ötən il 44 cinayət hadisəsi qeydə alınmışdısa, bu ilin son altı ayı ərzində 52 nəfər narkotiklərlə əlaqədər saxlanılıb.

Narkotik maddələrin satışı ilə bağlı ötən il 28, bu il isə 34 fakt var.

Məlumatlara görə, hər il narkomaniyaya qurşanan azyaşlıların və qızların sayı da artmaqdaddır. Ötən il təkcə Bakı şəhər qadın krizis Mərkəzinə narkomaniyaya düçar olan 10 Gəncədə yaşayan qadın müraciət edib.

Rəis müavininin sözlərinə görə, Qərb bölgəsi üzrə əsas narkotik maddələr əsasən dağ rayonlarında - Gədəbəy, Qax və Balakəndə hazırlanaraq satılır. Amma alıcılıq qabiliyyəti Gəncədə daha güclüdür. Hətta başqa rayonlardan da narkotik maddələr gətirilərək şəhərimizdə satılır.

Xəbər lenti

Xəbər lenti