...

MSK bir neçə seçki dairəsinin bəzi seçki məntəqələrinin nəticələrini ləğv etdi

Siyasət Materials 21 Noyabr 2005 17:55 (UTC +04:00)

Noyabrın 21-də Mərkəzi seçki komissiyasının növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda bir neçə dairə seçki komissiyalarının qanunpozuntularına yol verilmiş seçki məntəqələrinin nəticələri barədə müzakirələrə aparılıb.

19 saylı Nərimanov seçki dairəsinin 8 saylı məntəqəsinin nəticələri ləğv olundu. 103 saylı Gədəbəy 2,4,7,11, 12, 13, 17,29, 30,35 saylı məntəqələrinin nəticələri ləğv olundu.Sonra 44 saylı Sumqayıt-abşeron seçki dairəsinin 7,12, 13, 17, 19,24 saylü məntəqələrin nəticələri ləğv olundu. 21 saylı Nəisimi birinci 5,6,7,14,16, 25 saylı mətəqələrin nəticələri etibarsıx hesab edildi. Sonra 35 saylı Xətai üçüncü dairədən bir məntəqə 16 saylı nəticələri ləğv olundu. 49 saylı Yevlax-Mimngəçevir dairəsinin 16 saylı məntəqəsinin nəticələri etibarsıx sayıldı. 47 saylı Minqəçevir seçki dairəsinin 10 saylı məntəqəsinin, 30 saylı Suraxanı birinci dairəsinin isə 11,13,26.27 saylı məntəqələrinin nətitcələri ləğv olundu. 17 saylı Yasamal üçüncü seçki dairəsindən 26 saylı məntəqə ləğv edildi, 61 saylı Neftçala dairəsinin 7 və 20 saylı məntəqələrin nəticələrii araşdırılması üçün prokurorluğa göndərildi. 61 saylı Neftçalanın 14,31, 34 saylı məntəqələrinin nəticələri isə ləğv olundu. 60 saylı Səlyan seçki dairəsinin 3 saylı mənt əqəsinin nəticəçsi ləğv olundu. 56 saylı Xaçmaz kənd dairəsindən 30,31 saylı məntəqə, 51saylı Qusar seçki dairəsindən 3 məntəqə, 66 Biləsuvar seçki dairəsindən 14,21, 35,36 saylı məntəqələrin, 50 saylı Qobustan-Xızı-Quba dairəsinin 6,17, 40, 46, 48, 58 saylı məntəqələrini nəticələri ləğv olundu. 29 saylı Səbail seçki dairəsinin 20 və 21 saylı məntəqəlrin nəticələri etibarsız sayıldı.

Qeyd edək ki, bu məntəqələrin nəticələri nin ləğvi həmin seçki dairələrinin heç birinin nəticələrinə təsir göstərmədi.

Xəbər lenti

Xəbər lenti