...

Bu gün Qarabağ Azadlıq Təşkilatı ABŞ, Fransa və Rusiya səfirlikləri qarşısında etiraz aksiyaları keçirəcək

Siyasət Materials 30 Noyabr 2005 11:44 (UTC +04:00)

Noyabrın 30-da Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup fəal üzvü ABŞ, Fransa və Rusiyanın ölkəmizdəki səfirlikləri qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə Trend ə QAT-dan məlumat verilib. Bildirilib ki, hər üç səfirlik qarşısında aksiya ayrı-ayrı saatlarda növbə ilə keçiriləcək.

Qeyd edək ki, QAT ABŞ-ın Kaliforniya ştatının Montebello şəhərinin hazırda terrorçular yuvasına çevrilmiş Xankəndi (Stepanakert) ilə "qardaşlaşmaq" təşəbbüsünə etiraz olaraq aksiya keçirir. QAT fəalları Qarabağ probleminin sülh yolu ilə nizamlanması prosesinə cəlb olunmuş ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiyanı Azərbaycanın milli maraqlarına zidd və qeyri-obyektiv mövqe nümayiş etdirməməyə çağırır. QAT hesab edir ki, həmsədr dövlətlərinin Qarabağdakı erməni separatçıları ilə hər hansı formada "dostluğunu" rəsmiləşdirməsi danışıqlar prosesinə və münaqişənin obyektiv nizamlanmasına zərbədir.

Xəbər lenti

Xəbər lenti