...

Hacıbaba Əzimov: "Müxalifətin uğursuzluğa düçar olmasında "Azadlıq" bloku da günahkardır"

Siyasət Materials 30 Noyabr 2005 16:58 (UTC +04:00)

"Parlament seçkisində müxalifətin uğursuzluğunun səbəbkarı iqtidarla bərabər, həm də elə "Azadlıq" bloku özüdür". Bu fikirləri Trend ə açıqlamasında Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov bildirib.

O, deyib ki, "Azadlıq" blokundan birləşən partiyalar bunu bilərəkdən etməsələr də, yanlış siyasi taktikaları müxalifətin məqsədinə nail olmasına imkan vermədi. H.Əzimovun sözlərinə görə, bundan əvvəlki bütün seçkilərdə olduğu kimi, bu il noyabrda keçirilən parlament seçkiləri ərəfəsində də "Azadlıq" blokundakı partiyalar müxalifəti parçaladılar.

Keçmiş "Demokratik Azərbaycan" Seçki Blokunun həmsədri Hacıbaba Əzimov hesab edir ki, müxalifətin uğursuzluğa jdüçar olmasında "Azadlıq" bloku da günahkardır. "Bizim "Azadlıq" blokunun kütləvi aksiyalarına qoşulmaq fikrimiz yoxdur. Çünki onlar əvvəldən özlərini ayırıb hamıdan üstün tutdular. Heç kəsi öz ətraflarına buraxmadılar, dedilər ki, əsil müxalifət bizik. İndi də buyursunlar özləri verdikləri vədlərə əməl etsinlər"-deyə Hacıbaba Əzimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti