İnterpolun Azərbaycanda Milli Mərkəzi Bürosunun rəis müavini Şövqi Hadiyev Azərbaycan Respublikası daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə DİN-də yeni yaradılmış Miqrasiya Xidmətinə rəis təyin edilib. Bu barədə Trend ə İnterpolun Milli Mərkəzi Bürosundan məlumat verilib.
DİN-in inzibati binasında yerləşən yeni şöbə Azərbaycanda yaşayan əcnəbilərin fəaliyyətini nəzarətdə saxlamağı və əcnəbi vətəndaşların hərəkətlərində hər hansı qeyri-qanuni fakt aşkar etdikdə isə onların qanun çərçivəsində öz ölkələrinə deportasiya edilməsini həyata keçirəcək.