...

Ziyafət Əsgərov Milli Məclisini sədrinin birinci müavini seçildi

Siyasət Materials 2 Dekabr 2005 15:08 (UTC +04:00)
Ziyafət Əsgərov Milli Məclisini sədrinin birinci müavini seçildi

Üçüncü çağırış Milli Məclisin birinci iclasında Ziyafət Əsgərov 92 səs "lehinə", 2 "əleyhinə" və 2 "bitərəf" olmaqla Milli Məclsin birinci vitse-spikeri seçilib. Trend in məlumatına görə, səsvermə yolu ilə Valeh Ələsgərov, Əli Hüseynov və Bahar Muradova sədrin müavinləri seçiliblər.

Bundan başqa, Əli Hüseynov hüquqi məsələlər üzrə komissiyaya, Ziyafət Əsgərov müdafiə, Valeh Ələsgərov ekologiya, energetika, energetika və təbii ehtiyatlar, Arif Rəhimzadə regional məsələlər, Eldar İbrahimov aqrar məsələlər, Hadı Rəcəbli sosial müdafiə, Səməd Seyidov beynəlxalq münasibətlər, Nizami Cəfərov mədəniyyət məsələləri, Rabiyyət Aslanova insan haqları, Şəmsəddin Hacıyev elm və təhsil üzrə, Ziyad Səmədzadə iqtisadiyyat komissiyasının sədri seçiliblər.

Bununla da Milli Məclis bu gün öz işini başa vurub.

Xəbər lenti

Xəbər lenti