...

Dekabrda AŞPA-nın üç iclası keçiriləcək

Siyasət Materials 9 Dekabr 2005 17:20 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyası (AŞPA) dekabrda Parisdə üç tədbir keçirəcək". Bu barədə Trend ə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Asim Mollazadə bildirib.

A.Mollazadə qeyd edib ki, birinci tədbir dekabrın 12-də Çeçenistandakı vəziyyətlə bağlı dəyirmi masa, ikinci tədbir dekabrın 14-də Siyasi Komitənin iclası, dekabrın 15-də isə Monitorinq Komitəsinin toplantısı olacaq: "Qurumun Belorusiya üzrə məruzəçisi kimi Siyasi Komitənin iclasında Belorusiyadakı vəziyyətlə bağlı çıxış edəcəm".

Monitorinq Komitəsində isə Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri barədə həmməruzəçilər Andreas Qross və Andres Herkelin hesabatlarının dinləniləcəyini qeyd edən A.Mollazadə qurumun seçkilərin nəticələri ilə bağlı müsbət qərar verəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti