"Azərbaycan Naminə Hərəkat (ANH) əlavə seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul edən partiyaların mövqeyini pisləyir". Bu barədə Trend ə ANH-nin icra aparatının rəhbəri Taleh Əliyev bildirib.
T.Əliyev qeyd edib ki, onlar əlavə seçkilərdə iştirak edəcəklər. Nəticələri ləğv edilən seçki dairələrinin əksəriyyətində ANH-nin namizədləri təmsil olunmuşdular: "Elə həmin dairələrdən yenidən namizədlərimizi vermək qərarındayıq. Ümid edirik ki, seçki təbliğatımızı əlavə seçkilərdə daha mütəşəkkil qaydada aparmaqla qarşıya qoyulan məqsədə çatacağıq".
T.Əliyev ANH-nin lideri İlqar Qasımovun Moskvadan qayıtdıqdan sonra qurumun toplantısının keçiriləcəyini və əlavə seçkilərdə iştirakla bağlı qərarı rəsmiləşdirəcəklərini bildirib.