"Millətçi Dirçəliş Hərəkatının (MDH) lideri Rəsulzadə-Elçibəy ideyalarıdır". Bu barədə Trend ə MDH-nın təsisçilərindən olan Azərbaycan Xalq Cəbhəsi (klassiklər) Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.
Qeyd edək ki, ötən həftə yaradılan MDH-yə təsisiçilərdən kimin sədrlik edəcəyi məsələsi gündəmə çıxarılıb.
M.Mirəlioğlu bildirib ki, bu məsələ ilə bağlı mübahisələrin yaranmaması, müxtəlif mövqelərdən, fikirlərdən çıxışların olmaması üçün adıçəkilən hərəkata Rəsulzadə-Elçibəy ideyaları liderlik edəcək: "Bu ideyaları əsas tutub hərəkatda təmsil olunanlar həmin ideyaların liderliyini də qəbul etməlidirlər".
AXCP (k) lideri onu da qeyd edib ki, müxalifəti birləşdirən digər qurumlardan fərqli olaraq MDH Rəsulzadə-Elçibəy ideyalarını özündə əks etdirən Azərbaycanın üçrəngli bayrağını özünün simvolik rəmzinə çevirib.