...

Milli Demokratik Qüvvələr Birliyində seçkilərin nəticələri ilə bağlı fikir ayrılığı yaranıb

Siyasət Materials 17 Dekabr 2005 11:14 (UTC +04:00)

"Milli Demokratik Qüvvələr Birliyində (MDQB) seçkilərin nəticələri ilə bağlı yekdil qərar olmayacaq". Bu barədə Trend ə MDQB-nin təsisçilərindən olan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Qeyd edək ki, adıçəkilən qurumda yalnız Təkamül Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) təmsil olunur. BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev parlament seçkilərinin demokratik keçirildiyini iddia etsə də, seçkilərdə uğur qazanmayan T.Qənioğlu bunun əksini söyləyir.

Təkamül Partiyasının sədri elə bu səbəbdən fikir ayrılığının yarandığını deyib: "Mən bu məsələdə heç vaxt Qüdrət Həsənquliyevlə razılaşmayacam". Partiya sədri əlavə seçkilərdə iştirak edib etməyəcəyinin də hələlik sual altında qaldığını söyləyib. Bu məsələ ilə bağlı yanvarın sonunda qərar veriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti