...

BŞBPİ rəisi Məhərrəm Əliyev dekabrın 18-nə planlaşdırılan icazəsiz aksiyanın təşkilatçıları ilə görüşüb

Siyasət Materials 17 Dekabr 2005 13:24 (UTC +04:00)
BŞBPİ rəisi Məhərrəm Əliyev dekabrın 18-nə planlaşdırılan icazəsiz aksiyanın təşkilatçıları ilə görüşüb

Dekabrın 17-də Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev müxalifətin planlaşdırdığı qanunsuz aksiyanın təşkilatçıları ilə görüşüb. Bu barədə Trend ə BŞBPİ-nin rəis müavini Yaşar Əliyev məlumat verib.

Yaşar Əliyevin sözlərinə görə, görüş zamanı BŞBPİ rəisi müxalifət nümayəndələrinə Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi icazə vermədiyi aksiyanın keçirilməsinin müxalifət tərəfindən qanuna zidd addım olduğunu xatırladıb.

"Dekabrın 18-də keçirilməsi planlaşdırılan icazəsiz mitinqin təşkilatçılarına xəbərdarlıq olundu. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev aksiyanın təşkilatçılarına icazəsiz aksiyanın qarşısının polis tərəfindən alınmasına dair qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri bir daha xatırladıb. Təşkilatçılara o da bildirilib ki, baş verə biləcək hər hansı qarşıdurmaya görə məsuliyyət qanunsuz aksiya təşkilatçılarının üzərinə düşəcək", - deyə Y.Əliyev bildirib.

Qeyd edək ki, müxalifətin icazəsiz aksiyası dekabrın 18-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti