...

Zurab Qumberidze: Abxaziyadan keçən dəmiryolunun texniki və siyasi tərəfləri kompleks şəkildə həll olunmalıdır

Siyasət Materials 20 Dekabr 2005 15:25 (UTC +04:00)

Rəsmi Tbilisi nəzarət altında olmayan ərazilərlə sıx iqtisadi münasibətlərin inkişafında çox fəal məqsəd güdür və bu istiqamətlərdən biri də ölkənin nəqliyyat infrastrukturunun bərpası, o cümlədən, Abxaziyadan keçən dəmiryolunun açılmasının açılmasıdır. Trend in məlumatına görə, bu barədə dekabrın 20-də səfir Zurab Qumberidze jürnalistlərlə söhbətində bəyan edib.

Gürcü diplomatın sözlərinə görə, Abxaziyadan keçən dəmiryolunun bərpası məsələsini iki hissəyə bölmək zəruridir. "Layihənin həm siyasi, həm də törəmə siyasi tərəfi var. Bu məsələ ilə bağlı Rusiyanın, Gürcüstanın və abxaz tərəfinin ümumi arzusu var və bu məsələlər danışıqların keçirilməsi yolu ilə həll olunacaq", -deyə Z. Qumberidze bildirib və qeyd edib ki, "danışıqların kompleks şəkildə həll edilməsi vacibdir".

"Bizim Abxaziya ilə energetik və nəqliyyat layihələrimiz var və onların reallaşdırılması üçün rəsmi Tbilisi dəstəyi davam etdirəcək", -deyə sonda diplomat qeyd edib və Tbilisi üçün milli maraqların təmin olunmasının birinci növbədə əhəmiyyətə malik olduğunu əlavə edib.

Xəbər lenti

Xəbər lenti