...

Qərb regionunda sovet dövründənqalma 2473 müəssisə fəaliyyətini bərpa edib

Siyasət Materials 23 Dekabr 2005 16:48 (UTC +04:00)

Gəncə-Qazax iqtisadi rayonuna daxil olan iki şəhər 9 rayonda son bir ildə (1 yanvar 2005-ci ildən bu günə qədər) 2473 müəssisə fəaliyyətini bərpa edib. İqtisadi İnkişaf Nazirliyin Gəncə-Qazax Regional İnkişaf Şöbəsindən Trend nümayəndəliyinə verilən məlumata görə, istehsal və emal sahələri üzrə olmaqla bu müəssisələr Gəncə şəhərində 537, Naftalan şəhərində 113, Ağstafa rayonunda 92, Daşkəsən rayonunda 120, Gədəbəy rayonunda 110, Goranboy rayonunda 19, Xanlar rayonunda 155, Qazax rayonunda 334, Samux rayonunda 98, Şəmkir rayonunda 314 və Tovuz rayonunda 207- dir.

Fəaliyyəti bərpa olunan müəssisələrdən 67-si sonradan səhmdar cəmiyyətinə çevrilib 1113-ü isə özəlləşdirilib.

Qeyd edək ki, adı çəkilən müəssisələr 1993-1996-cı ildən bəri fəaliyyəti qismən və tamamilə dayanmışdı.

Xəbər lenti

Xəbər lenti