...

İlham Əliyev AN-140 tipli təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün xüsusi komissiyanın yaradılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 24 Dekabr 2005 14:15 (UTC +04:00)

Dekabrın 24-də prezident İlham Əliyev Bakı-Aktau reysini yerinə yetirən AN-140 tipli təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün xüsusi komissiyanın yaradılması haqqında sərəncam imzalayıb. Trend in xəbər verdiyi kimi, baş nazir Artur Rasizadə komissiyanın sədri təyin edilib.

Komissiyanın tərkibinə baş nazirin müavini Abid Şərifov, "AZAL" DK-nın baş direktoru Cahangir Əsgərov, nəqliyyat naziri Ziya Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, səhiyyə naziri Oqtay Şıxəliyev, əmək və əhalinin sosial müdafiə naziri Əli Nağıyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov daxildir.

Dövlət komissiyasına qısa müddət ərzində qəzanın baş vermə səbəblərini araşdırmaq və prezidentə məlumat vermək, həlak olmuş xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etmək, komissiyanın işi haqqında ictimaiyyəti məlumatlandırmaq tapşırılıb.

Xəbər lenti

Xəbər lenti