...

Qazaxıstan prezidenti baş vermiş qəza ilə əlaqədar Azərbaycan prezidentinə başsağlığı verib

Siyasət Materials 24 Dekabr 2005 15:21 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib. Bu barədə KZ-today Qazaxıstan Respublikası prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Trend in xəbər verdiyi kimi, N.Nazarbayev içərisində Qazaxıstan vətəndaşlarının da olduğu təyyarənin qəzaya uğraması haqqında xəbərdən kədərləndiyini bildirib.

"Qazaxıstan xalqı həlak olmuş sərnişinlərin və ekipaj üzvlərinin doğmalarına və yaxınlarına başsağlığı verir, üz vermiş ağır itki ilə bağlı ağrı və kədəri paylaşır", - deyə teleqramda bildirilir.

Xəbər lenti

Xəbər lenti