...

Milli Demokratik Qüvvələr Birliyi bəyanat qəbul edib

Siyasət Materials 26 Dekabr 2005 17:50 (UTC +04:00)

Milli Demokratik Qüvvələr Birliyi (MDQB) Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayanadək işğal altında olan ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilməsinin dövlətimizin maraqlarına zidd olması ilə bağlı bəyanat qəbul edib. Trend xəbər verir ki, bəyanat MDQB-də təmsil olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin növbəti toplantısında səslənib.

Qeyd edək ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış ediblər.

BAXCP İdarə Heyətinin toplantısında o da qərara alınıb ki, partiya əlavə seçkilərdə iştirak etsin. İdarə Heyətinin növbəti toplantılarında seçkilərdə namizədliyini irəli sürən şəxslərin siyahısı açıqlanacaq. O da qərara alınıb ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fəxri Xiyabanda Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin, Azərbaycan dövlətinin formalaşmasında xidmətləri olan mərhum prezident Heydər Əliyevin və Güney Azərbaycanda Milli Hökumətin rəhbəri olmuş Seyid Cəfər Pişəvərinin məzarları ziyarət edilsin.

Xəbər lenti

Xəbər lenti