...

Vətəndaş Həmrəyliyi Partiyası təkrar seçkilərdə iştirak edəcək

Siyasət Materials 7 Yanvar 2006 12:16 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının qərarı ilə partiya 2006-cı il mayın 13-də keçiriləcək təkrar seçkilərdə iştirak edəcək. Bu barədə Trend ə VHP-nin mətbuat xidmətindən bildiriblər.

Partiyanın Siyasi Şurasının toplantısında 2005-ci il 6 noyabr parlament seçkilərinin nəticələri də müzakirə edilib. Həmin seçkilərdə bir sıra qanun pozuntularının olduğu qeyd olunsa da, təkrar seçkilərdə iştirak zəruri sayılıb.

VHP təkrar seçkilərdə üç seçki dairəsindən namizəd vermək fikrindədir. Partiyanın Mərkəzi Seçki Komissiyasına nümayəndəsinin göndərilməsi məsələsi isə Siyasi Şuranın yanvarın 9-da keçiriləcək toplantısında müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti