...

Yuri Merzlyakov: London görüşündə Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşmanın layihəsi müzakirə olunmayacaq

Siyasət Materials 16 Yanvar 2006 18:00 (UTC +04:00)
Yuri Merzlyakov: London görüşündə Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşmanın layihəsi müzakirə olunmayacaq

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin London görüşündə Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşmanın layihəsi müzakirə olunmayacaq. Bu barədə Trend ə ATƏT-in Minsk Qrupunun (MQ) Rusiyadan olan həmsədri Yuri Merzlyakov eksklyuziv məlumat verib .

Yanvarın 18-19-da keçiriləcək qarşıdakı London görüşündən danışan diplomat bildirib ki, bundan əvvəl aparılan və hələ razılaşdırılmayan məsələlərin müzakirəsi davam etdiriləcək.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması barədə razılaşmanın layihəsi yalnız əsas prinsiplər üzrə razılıq əldə olunduğu halda hazırlana bilər. "Tərəflər hansısa əsas məsələlərdə hələ razılığa gəlməyiblərsə, sənəddə nə yazmaq olar", - deyə Y.Merzlyakov əlavə edib.

Bununla yanaşı, onun sözlərinə görə, məsləhətləşmələrdə söhbət "hansısa təkliflər haqqında, ayrı-ayrı məsələlərdə konkret xülasələr"dən gedir. "Şübhəsiz ki, prezidentlərin qarşıdakı görüşündən də söhbət gedəcək. Bu görüşdə ayrı-ayrı məsələlər müzakirə olunacaq, onları aydınlaşdırmağa, həll etməyə cəhdlər göstəriləcək. "Biz buna həqiqətən prezidentlərin növbəti görüşünə hazırlıq kimi baxırıq", - deyə Y.Merzlyakov bildirib və bu görüşdən sonra Ermənistan və Azərbaycan prezidentlərinin fevral ayında nəzərdə tutulmuş Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün tarixi və yeri məlum olacaq.

Xəbər lenti

Xəbər lenti