...

Məhərrəm Əliyev: "Ötən il quldurluq, soyğunçuluqla məşğul olan onlarla cinayətkar dəstələrin fəaliyyətinə son qoyulmuşdur"

Siyasət Materials 30 Yanvar 2006 19:05 (UTC +04:00)

Ötən il quldurluq, soyğunçuluqla məşğul olan onlarla cinayətkar dəstələrin fəaliyyətinə son qoyulmuşdur. Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev öz hesabat çıxışında söyləyib.

"Buna baxmayaraq, şəhər polisi cinayətlərin qarşısının alınmasında bir sıra çətinliklərlə də üzləşib. Lakin Bakı polisinin şəxsi heyəti bu çətinliklərə baxmayaraq qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmiş, vətəndaşların təhlükəsizliyi, ictimai asayişin qorunması təmin olunmuşdur. 6 noyabr 2005-ci il tarixdə keçirilmiş növbəti parlament seçkilərdən əvvəl və sonra ayrı-ayrı raldikar müxalifət partiyalarının ictimai siyasi vəziyyəti gərginləşdirmək, hətta qarşıdurma yaratmaq cəhdlərinin qarşısı qətiyyətlə alınmşıdır", - deyə M.Əliyev bildirib.

M.Əliyev qeyd edib ki, şəhərin polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün Baş idarədən verilən bir sıra əlavə tədbirlər yerinə yetirilmiş, yerlərdə idarəçilik təsiri artırılmışdır.

Ötən il paytaxt ərazisində qeydə alınmış cinayətlərin 0,4 faizi odlu silahla törədilib. Əməliyyat məlumatlarına əsasən, qeyri-qanuni odlu silahların saxlanılması 41 faiz təşkil edib. Bu da əvvəlki illə müqayisədə 52 fakt çoxdur.

M.Əliyev: "Şəhər Polisi tərəfindən vətəndaşlardan götürülmüş 531 ədəd silahdan 35-ni avtomat, 177-ni tapança, 9-nu qumbaraatan və s. təşkil etmişdir. Hesabat dövrü ərzində şəhər ərazisində bir neçə ağır cinayətin baş verməsinə baxmayaraq krimogen durumun polis nəzarətindən çıxmasına imkan verilməmişdir".

Xəbər lenti

Xəbər lenti