...

Azərbaycanda vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin imtahanlarının üçüncü mərhələsi başa çatıb

Siyasət Materials 9 Fevral 2006 18:39 (UTC +04:00)

Fevralın 9-da Azərbaycanda vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin imtahanlarının üçüncü mərhələsi başa çatıb. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin (HSK) sədri İman Nağıyev məlumat verib.

"Şifahi imtahanda 68 namizəd iştirak edib. Onların əksəriyyəti mülki və cinayət hüququ ilə bağlı sualları yüksək səviyyədə cavablandırıb. Cavabların qiymətləndirilməsi isə HSK-nın növbəti toplantısında müzakirə olunacaq. Növbəti mərhələyə vəsiqə qazanmayan və qiymətləndirilmənin nəticəsindən narazı qalan namizədlər apellyasiya şikayəti verə bilərlər"- deyə İ.Nağıyev bildirib.

HSK sədrinin sözlərinə görə, əgər həmin namizədlər apellyasiya yoxlamasından da narazı qalsalar bu zaman artıq Məhkəmə Hüquq Şurasına müraciət etməli olacaqlar. Son qərarı da Məhkəmə Hüquq Şurası verəcək.

Qeyd edək ki, imtahanların növbəti mərhələsi yaxın vaxtlarda namizədlər üçün təşkil olunması planlaşdırılan kurslardan sonra baş tutacaq.

Xəbər lenti

Xəbər lenti