Azərbaycanın daxili işlər orqanlarına işə qəbul olunmaq üçün test imtahanında iştirak etmiş 81 namizəddən 56 nəfəri uğur qazanıb. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, namizədlər onlar üçün ayrılmış 3 saat ərzində 100 test tapşırığını cavablandırıblar. Həmin suallardan 80-i ali hüquq təhsili proqramına, daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüququ və azadlıqlarına dair beynəlxalq normalara aid sahələr, 20 sual isə namizədlərin şəxsi keyfiyyətlərinin, o cümlədən ümumi intellektual səviyyəsinin qiymətləndirilməsinə imkan verən suallar olub. Test imtahanlarında hər bir sual 1 balla qiymətləndirilib.
65 və daha çox bal toplamış namizədlər müsabiqənin növbəti mərhələsində iştiraklarını davam etdirmək şansı əldə ediblər. Növbəti mərhələnin tarixi isə hələlik məlum deyil.