...

Rino Harniş: Ermənistanın Dağlıq Qarabağın de-yure tanınması imkanına dair bəyanatı heç bir fayda kəsb etmir

Siyasət Materials 3 Mart 2006 17:02 (UTC +04:00)
Rino Harniş: Ermənistanın Dağlıq Qarabağın de-yure tanınması imkanına dair bəyanatı heç bir fayda kəsb etmir

Dağlıq Qarabağın Ermənistana mümkün birləşdirilməsi haqqında bəyanat regionda gərginliyi artırır və heç bir fayda kəsb etmir. Trend bildirir ki, martın 3-də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Ermənistan prezidenti Robert Köçəryanın son bəyanatını şərh edərkən bu barədə jurnalistlərə bəyan edib.

Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar hökuməti danışıqlar prosesinin davam etdirilməsində maraqlıdır və sülh dialoqunun davamında prezidentləri, eləcə də xarici işlər nazirlərini dəstəkləyir.

ATƏT-in Minsk qrupu həmsədrlərinin Vaşinqtonda keçiriləcək görüşündən danışan R.Harniş qeyd edib ki, həmsədrlərin martın 2-də Venada səsləndirdiyi son bəyanatı onların münaqişənin həllində maraqlı olduğunu bir daha sübut edir.

R. Harnişin sözlərinə görə, ABŞ hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxın gələcəkdə mümkündür.

Xəbər lenti

Xəbər lenti