...

Aprelin 15-də "Azadlıq" bloku Ali Məclisinin iclası keçiriləcək

Siyasət Materials 23 Mart 2006 15:47 (UTC +04:00)

Martın 23-də "Azadlıq" blokunun Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Trend in məlumatına görə, iclasda blokun Ali Məclisinin sessiyasının yekunları, blokun fəaliyyət planına dair təkliflərin ümumiləşdirilməsi, 28 martda keçiriləcək konfransın son hazırlıq işləri və digər məsələlər müzakirə olunub.

"Azadlıq" blokunun təşkilatçılığı ilə martın 28-də "Neft gəlirləri: səmərəlilik və şəffaflıq" mövzunuda praktik konfrans keçiriləcək, iqtisadi ekspertlərin, partiya rəhbərlərinin mövzu ilə bağlı məruzələri dinləniləcək.

"Azadlıq" blokunun Azərbaycanın bölgələrində yerli təşkilatlarının yaradılmasına qərar verilib. Bunun üçün ayrı-ayrı bölgələrində zon müşavirələr keçiriləcək. İlk müşavirə blok rəhbərlərinin iştirakı ilə martın 25-də Saatlı və Quba rayonlarında keçiriləcək. Aprelin 1-də isə Şəkidə və Şirvan bölgəsində yerli təşkilatların təsis konfransı keçiriləcək.

Aprelin 15-də isə "Azadlıq" bloku Ali Məclisinin iclası təyin olunub. 100 nəfər məclis üzvünün iştirakı ilə keçiriləcək toplantıda əsasən Qarabağ məsələsi müzakirə olunacaq, blokun Qarabağa dair vahid konsepsiyası təsdiqlənəcək.

Xəbər lenti

Xəbər lenti