...

Tadaxiro Abe: Azərbaycanla Yaponiya arasındakı əlaqələr hərtərəfli inkişaf etdirilir

Siyasət Materials 29 Mart 2006 17:19 (UTC +04:00)

Son bir neçə il ərzində Azərbaycan və Yaponiya qarşılıqlı anlayışın dərinləşdirilməsi, eləcə də dostluq əlaqələrinin genişləndirilməsi sahəsində böyük uğurlara nail olub və Azərbaycan prezidenti İlham Əliyevin Tokioya son rəsmi səfəri buna sübutdur. Trend bildirir ki, martın 29-da "Sakuranın çiçəklənməsi" konsertində Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe bu barədə bəyan edib.

Səfir xüsusilə mədəniyyət sahəsində ikitərəfli əlaqələrin inkişafı səviyyəsindən məmnunluğunu bildirib. "Azərbaycan və Yaponiyanın özünəməxsus tarixə malik olmasına baxmayaraq bizi birləşdirən ümumi məqamlar çoxdur. Yaponiya dost Azərbaycanla əməkdaşlığın davamlı inkişafında maraqlıdır"- deyə səfir qeyd edib.

Qeyd edək ki, konsertdə Bülbül adına xüsusi orta musiqi məktəbinin şagirdləri dünya klassiklərinin, o cümlədən Azərbaycan və Yaponiya musiqiçilərinin bir sıra kompozisiyalarını ifa edib.

Xəbər lenti

Xəbər lenti