...

Əli Əliyev: "AMİP-in qurultayı may ayında keçiriləcək"

Siyasət Materials 4 Aprel 2006 17:33 (UTC +04:00)

Əli Əliyevin rəhbərlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı bu ilin may ayında keçiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə partiyanın sədri Əli Əliyev açıqlama verib.

Onun sözlərinə görə, aprelin sonunda partiyanın Siyasi Şurasının genişləndirilmiş toplantısı və Mərkəzi Şuranın iclasları keçiriləcək. İclaslarda qurultayın günü təyin olunacaq. Həmçinin partiyanın adı ilə bağlı müzakirələr aparılacaq. Qurultayda AMİP adının dəyişdirilməsi, həmçinin partiyanın nizamnaməsinə, strukturuna bəzi dəyişikliklər edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Etibar Məmmədovun liderlik etdiyi AMİP də qurultaya hazırlaşır. Ədliyyə Nazirliyi tərəfindən AMİP kimi qeydiyyata alınan bu partiyanın qurultayı isə aprelin sonunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti