...

Aydın Cəfərov: MDB PA komissiyalarının 2005-ci ildəki fəaliyyətlə bağlı hesabatları dinlənilib

Siyasət Materials 5 Aprel 2006 19:24 (UTC +04:00)

MDB Parlamentlərarası Assambleyasının (PA) 5 komissiyasının Sankt-Peterburqda keçirilən iclaslarında 2005-ci ildəki fəaliyyətlə bağlı hesabatı dinlənilib. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov bildirib.

A.Cəfərov onu da bildirib ki, hər komissiyanın iclasında 15-ə yaxın məsələ müzakirə edilib. Komissiyaların iclaslarının aprelin 6-da başa çatacağını deyən A.Cəfərov millət vəkillərimizin də müəyyən məsələlərlə bağlı çıxışlar etdiyini söyləyib.

Qeyd edək ki, Milli Məclisin üzvləri Bəxtiyar Əliyev, Fərrux Zeynalov və Ülvi Quliyev adıçəkilən toplantılarda iştirak edirlər. Assambleyanın elm və mədəniyyət, büdcəyə nəzarət, mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə komissiyalarının iclaslarında turizm fəaliyyəti, elektron ticarət, idmanın inkişafı, dövlətlərarası elektron kütləvi informasiya vasitələrinin işinin təşkili və digər sahələrlə bağlı model qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti