Avropa Şurası Parlament Assambleyasının 5 müxtəlif komitəsini təmsil edən 5 nümayəndə Azərbaycanda təkrar parlament seçkiləri ilə əlaqədar aprelin 25-26-da Bakıya gələcək. Trend in Strasburqdakı müxbirinin verdiyi xəbərə görə, bu barədə aprelin 10-da AŞPA-nın yaz sessiyasının iclasında çıxışı zamanı AŞPA Bürosunun və Assambleyanın Daimi Komitəsinin "Tərəqqiyə dair" məruzəsini təqdim edən İqor İvanovski bildirib.
O, həmçinin, Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünün keçirilməsi, o cümlədən AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitə üzvlərinin sayının təkrar nəzərdən keçirilməsi məsələsinin müzakirəsinə dair təkliflər irəli sürüb.