...

Araz Əzimov: Rəsmi Bakı ABŞ-la İran arasında gərginliyin siyasi yolla həll ediləcəyinə ümid edir

Siyasət Materials 11 Aprel 2006 18:36 (UTC +04:00)

Rəsmi Bakı ABŞ-la İran arasında gərginliyin siyasi yolla həll ediləcəyinə ümid edir. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib. Nazir müavininin sözlərinə görə, Azərbaycan vəziyyəti diqqətlə izləyir. Diplomat bildirib ki, bu təhlükə hələlik hipotetikdir. Onun sözlərinə görə, region üçün daha konkret təhlükəni Ermənistanın Metsamor atom elektrik stansiyası yaradır. Bu stansiya Cənubi Qafqaz ölkələri və digər qonşu ölkələr üçün çox mənfi nəticələrə gətirib çıxara bilər.

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi R.Simmonsun Bakıda jurnalistlərə bəyan etdiyinə görə, alyansın İrana münasibətdə hər hansı formada hərbi planı yoxdur. O bildirib ki, NATO məsələnin müsbət həllinə ümid edir.

Xəbər lenti

Xəbər lenti