Aprelin 18-də axşam Türkiyənin daxili işlər naziri Əbdülqadir Aksu üçgünlük rəsmi səfərlə Bakıya gələcək. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, səfərin rəsmi proqramı aprelin 19-da Fəxri Xiyabana və Şəhidlər Xiyabanına ziyarətlə başlayacaq.
Bundan sonra Azərbaycanın daxili işlər naziri Ramil Usubovla görüşün keçirilməsi nəzərdə tutulub. Səfər zamanı Azərbaycanın daxili qoşunlarının hissələrinə baş çəkmək də planlaşdırılıb.
Aprelin 20-də, cümə axşamı Türkiyənin DİN rəhbəri ilə hər hansı danışıqların aparılması planlaşdırılmayıb. Ə.Aksu vətənə aprelin 21-də, gümə günü qayıdacaq.