...

Leo Platvoet AMİP lideri Etibar Məmmədovla görüşüb

Siyasət Materials 28 Aprel 2006 12:38 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək təkrar parlament seçkilərini müşahidə missiyasının rəhbəri Leo Platvoet aprelin 28-də Avropa Şurasının İnformasiya Ofisində üçüncü görüşünü Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovla keçirib. Trend in məlumatına görə, Müşahidə Missiyasının rəhbəri ilə görüşdə ictimai-siyasi proseslər, təkrar parlament seçkiləri öncəsi vəziyyət müzakirə olunub. Etibar Məmmədov bildirib ki, AMİP seçkidə 10 dairədən 6-da namizəd irəli sürüb, lakin 44 saylı seçki dairəsindən partiyanın nümayəndəsi Dünyamin Əhmədlinin namizədliyi qeydə alınmayıb. E.Məmmədovun sözlərinə görə, bir neçə məhkəmə instansiyasını keçməsinə baxmayaraq, onun iddiası təmin olunmayıb. E.Məmmədov Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda demokratik seçki keçirilməsinə dair daha konkret və ciddi qərarlar çıxarmasının vacibliyini qeyd edib.

Leo Platvoet isə öz növbəsində bildirib ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında mandatının təsdiq edilib-edilməməsi bu il 13 mayda keçiriləcək təkrar seçkilərdən asılı olacaq.

Xəbər lenti

Xəbər lenti