...

Azərbaycan prezidenti Norvecin dövlət katibini qəbul edib

Siyasət Materials 8 May 2006 19:42 (UTC +04:00)

Trend agentliyinin "Azərtac"a istinadən xəbər verir ki, mayın 8-də Azərbaycan prezidenti İlham Əliyevin Norvecin dövlət katibi Kjetil Skoqrandla görüşündə Azərbaycan-Norvec əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

Dövlət başçısı ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açaraq, bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Norvecin dövlət katibi Azərbaycan ilə Norvec arasında bir sıra ümumi cəhətlərin olduğunu bildirərək, hər iki ölkənin Avropanın energetika sistemi üçün əhəmiyyət kəsb etdiyini deyib. Qonaq Norvec şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunaraq, bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini əlavə edib.

Xəbər lenti

Xəbər lenti